Azərbaycanlı iş adamı Messinin evində olub - FOTO
Azərbaycanlı iş adamı Adnan Əhmədzadə dünya futbolunun superulduzu, PSJ-nin hücumçusu Lionel Messinin qonağı olub.
Msport.az xəbər verir ki, Əhmədzadə Argentina millisinin kapitanının Fransanın paytaxtı Parisdəki evinə baş çəkib.
A.Əhmədzadə bu barədə “Instagram” hesabında paylaşım edib. Messi “instagram”da Əhmədzadəni izləyir.
Qeyd edək ki, Əhmədzadə SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun müavini olmasına dair mətbuatda xəbərlər dərc edilib.