featured-image-27927

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açlış mərasimində Azərbaycan bayrağını yandıran Aram Nikolyan tədbirdə Ermənistan İctimai Televiziyasının əməkdaşı kimi iştirak etməyib.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Televiziyanın nümayəndəsi Anna Ohanyan məlumat verib.

Onun sözlərinə görə, Nikolyan ora dəvət olunmuş xüsusi mütəxəssis kimi qatılıb. “İctimai Televiziya əməkdaşının işdən azad edilməsi ilə bağlı hər hansı tapşırıq alıbmı” sualına Ohanyan cavab vermək istəməyib.

Dizayner Nikolyan 2013-cü ildən Ermənistanın İctimai Televiziyasında stilist vəzifəsində çalışır.

Qeyd edək ki, əvvəlcə Ermənistan mətbuatında baş nazir Nikol Paşinyanın aparatından televiziyaya Nikolyanın azad edilməsi ilə bağlı göstəriş verilməsi ilə bağlı informasiya yayılmışdı.

AYXAN 

 

Bənzər xəbərlər