featured-image-35692

Finlandiyada HİK-ə qarşı keçirilmiş UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda zədələnən “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustadazadənin durumuna aydınlıq gəlib.
Klubdan Msport.az saytına verilən məlumata görə, 26 yaşlı futbolçunun zədəsi ciddi deyil.
Sağ ayağın baş barmağından xəsarət alan oyunçunun Premyer Liqanın III turunda “Araz-Naxçıvan”la görüşdə meydana çıxması sual altındadır.
Qeyd edək ki, hər iki matçda HİKi 2:1 hesabı ilə məğlub edən “Qarabağ” pley-offda “Olimpiya”ya rəqib olub.

Bənzər xəbərlər