featured-image-7761

İlk dəfə Azərbaycan bayrağı altında döyüş keçirən Rafael Fiziyev UFC-də braziliyalı Rafael dus Anyusa qalib gəldiyi görüşdən sonra fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki,  idmançı sonda “Yaşasın Azərbaycan!” ifadəsini işlədib:

“İndi biz UFC-də ən yaxşı Rafaelin kim olduğunu dəqiq bilirik”.

O, daha sonrq zarafatla deyib: “İdmanda isə kimin yaxşı olduğunu öytənmək üçün Rafael Nadala çağırış edirəm”.

Fiziyev ABŞ təmsilçisi Castin Geyci ilə döyüşmək niyyətində olduğunu da bildirib: “Geyci, başqa sarışınla üz-üzə gəlmək istəyirsənsə, aramızda kimin ən yaxşı olduğunu öyrənək. Bu, hər ikimiz üçün yaxşı mübarizədir. Hazırsansa, qorxmursansa və boş-boş danışmayacaqsansa, getdik. Yaşasın Azərbaycan!”

Xatırladaq ki, Fiziyev “UFC Vegas 58” turnirinin sonuncu – 5-ci raundunda Anyusu nokauta salıb. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsi olub.

Bənzər xəbərlər