İrəvanda açılış mərasimində bayrağımız yandırıldı - VİDEO
İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb.
Msport.az xəbər verir ki, səhnəyə Azərbaycan bayrağı gətirilən zamanı tamaşaçılardan biri qaçaraq bayrağa od vurub. Qeyd edək ki, mühafizəçilər və polis hadisəni sadəcə izləməklə kifayətləniblər.
Milli komandamızın üzvləri açılış mərasimdə iştirak etməyiblər.
Qitə çempionatında 4 idmançımız mübarizə aparır.
AYXAN