İrəvanda Avropa çempionu oldu, qələbəni Azərbaycana həsr etdi - VİDEO
İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Türkiyə idmançısı Cansu Bektaş (45 kq) birdən qaldırmada 72 kq, təkanla qaldırmada 90 kq-ı (ümumilikdə 162 kq) başı üzərinə qaldıraraq qitə çempionu olub.
Msport.az xəbər verir ki, o, həm də Avropa gənclər rekordunu təzələyib.
Türkiyəli atlet TRT Spor-a verdiyi açıqlamada qələbəni azərbaycanlı ağır atletlərə həsr etdiyini deyib:
“İkimiz də bu qızıl medalımızı azərbaycanlı qardaşlarımıza ərməğan edirik. Çox sevincliyik ki, Türkiyənin himnini səsləndirdik. İnşallah bütün Avropaya, dünyaya himnimizi dinlədəcəyik”.
Xatırladaq ki, qitə çempionatının açılış mərasimində Azərbaycanın dövlər bayrağı yandırılıb. Bundan sonra milli komandamız turnirdə iştirak etməyi məqsədəuyğun saymayaraq Bakıya dönüb.
AYXAN