Ronaldo və Maquayr yenə ehtiyatda qaldılar
“Mançester Yunayted”in futbolçuları Kriştiano Ronaldo və Harri Maquayr yenidən ehtiyatda qalıblar.
Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” İngiltərə Premyer Liqasının IV turunda “Sautqempton”la səfərdə qarşılaşırlar. Hər iki oyunçu bundan əvvəlki turda “Liverpul”la matçda da (2:1) start “on birliyi”ndə yer almamışdılar. Portuqaliya millisinin üzvü 86-cı dəqiqədə meydana daxil olmuşdu.
Qeyd edək ki, “Mançester Yunayted” 3 oyundan sonra cəmi 3 xal toplayıb.